Paşa İbrahimli uğurlu dönüş etdi

00:48 13 Fevral 2016

AAAF Park Yaşayış Kompleksinin yarış zalında ağır atletika üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatında ilk yarış günü arxada qalıb.
Sportarena.az xəbər verir ki, yarışda ölkənin bütün bölgələrindən yüzə yaxın atlet qüvvəsini sınayır.  Qadınlar 6, kişilər isə 8 çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.

Bu gün son olaraq çəkisi 69 kq-a qədər olan atletlər medal mübarizəsinə qoşulublar. Təcrübəli atlet Sərdar Həsənov qızıl medala sahib çıxıb. İkinci pillədə isə uzunmüddətli zədədən geri dönən Paşa İbrahimli qərarlaşıb. “Zirvəçi” atlet 260 kq (120+140) nəticə ilə yaxşı çıxış nümayiş etdirib.


Xəbər xətti