Xavi:"Verratti və Dibalada Barselona DNT-si var"

14:55 13 Fevral 2016

"Barselona"nın keçmiş kapitanı Xavi katalon komandasında kimi görmək istədiyini bildirib.
Sportarena.az xəbər verir ki, futbolçu bu barədə verdiyi açıqlamada:
"İki futbolçu xoşuma gəlir. Fikrimcə onlarda Barselona DNT-si var.
Bunlar Marko Verratti və Paulo Dibaladır. Öz oyun üslublarına görə rahat şəkildə Barselonaya qoşula bilərlər.Gələcəkdə onları Nou Kampda görürəm.
Pol Poqbaya gəlincə onun çox parlaq futbolçu olduğunu deyə bilərəm. Lakin onun bizim kimi oynamadığını söyləməliyəm. Bu onun zəif futbolçu olmasını demir. Əksinə Poqba çox güclü futbolçudur", – deyə Xavi qeyd edib.


Xəbər xətti