PSJ-dən müdafiəçiyə sərt cəza: ÇL-da oynamayacaq

15:34 15 Fevral 2016

PSJ-nin müdafiəçisi Serj Orye "periscope" sosial şəbəkəsində baş məşqçi və bəzi komanda yoldaşlarını təhqir etdiyi üçün cəzalandırılıb.
Sportarena.az xəbər verir ki,  fevralın 14-də klub rəhbərliyi 23 yaşlı müdafiəçini əsas komanda ilə məşqlərdən kənarlaşdırıb. Ona qarşı intizam işi açılıb. Gənc müdafiəçi Çempionlar Liqasının 1/8 final mərhələsində "Çelsi"yə qarşı oyunda iştirak etməyəcək. 

Qeyd edək ki, Fransa mediasında futbolçuya 75 min funt cərimə kəsiləcəyi barədə məlumatlar da yayılıb.


Xəbər xətti