Yığmamız beynəlxalq turnirdə iştirak edəcək

11:16 16 Fevral 2016

18-19 fevral 2016-cı il tarixdə Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 46-cı beynəlxalq Qran Pri turniri keçiriləcək. 

Sportarena.az xəbər verir ki, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri də iştirak edəcək. 

Məşqçi David Kurtsiyanın rəhbərliyi altında turnirə 8 güləşçimiz yollanacaq. Yarışda Ruslan Qasımov (57 kq), Əli Rəhimzadə, Mahal Novruzov (hər ikisi 61 kq), Məhəmməd Müslümov, Teymur Məmmədov (hər ikisi 65 kq), Murad Süleymanov (74 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Səid Həmidov (125 kq) qüvvəsini sınayacaq. 

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vüqar Şükürov təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti