Gürcüstan komandasına görə oyunun tarixi soyqırım gününə salındı

17:34 16 Fevral 2016

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının təqvimi yenə dəyişdirilib.

Sportarena.az xəbər verir ki, bu, çempionatımızda çıxış edən Gürcüstanın "Tbilisi" klubunun Bakıya növbəti səfəri səbəbindən rəsmiləşib.

Belə ki, Tiflis təmsilçisi fevralın 17-20-də paytaxtımızda olacağından təxirə salınan görüşlər həmin günlərə salınıb. Qonaqlar ardıcıl 3 gün oynadıqdan sonra yenidən vətənlərinə qayıdacaqlar.

Həmçinin, 2 dəfə təxirə salınan "Azəryol" - "Gənclik" matçının da tarixi dəqiqləşib. Azərbaycan Voleybol Federasiyası bu qarşılaşmanı Xocalı soyqırımı gününə - fevralın 26-na təyin edib.


17 fevral
IX tur
16:00. "Tbilisi" - "Azəryol"
"Azərreyl" İdman Bazası

XX tur
18:00. "Azərreyl" - "Gənclik"
"Azərreyl" İdman Bazası

18 fevral
XII tur
16:00. "Telekom" - "Gənclik"
"Gənclik" Olimpiya Kompleksi

XV tur
16:00. "Lokomotiv" - "Tbilisi"
"Azərreyl" İdman Bazası

19 fevral
XIII tur
16:00. "Telekom" - "Tbilisi"
"Gənclik" Olimpiya Kompleksi

XIII tur
18:00. "Azərreyl" - "Lokomotiv"
"Azərreyl" İdman Bazası

20 fevral
XI tur
16:00. "Gənclik" - "Tbilisi"
Voleybol Federasiyasının idman zalı

26 fevral
XIII tur
16:00. "Azəryol" - "Gənclik"
"Azərreyl" İdman Bazası


apasport.az


Xəbər xətti