"Messi üzr istəməlidir" - Emon Danfi

18:45 16 Fevral 2016

İrlandiya millisinin sabiq yarımmüdafiəçisi Emon Danfi La Liqanın XXIV turunda baş tutmuş "Barselona" - "Selta" matçında (6:1) Messinin penaltini yerinə yetirmə tərzinə kəskin etirazını bildirib. 

Sportarena.az xəbər verir ki, 70 yaşlı mütəxəsis ulduz futbolçunun etdiyi bu hərəkəti komandaya hörmətsizlik kimi düşünür və futbolçunun üzr istəməli olduğunu bildirib.

"Bu, nə deməkdir? Rəqiblərə, futbola və oyunun tarixinə hörmət etmək lazımdır. Keçmişdə heç bir böyük futbolçu buna oxşar şey barədə düşünməyib. Futbolu sevən hər kəs Messini sevir. O isə bunu nəzərə almadı. Messi futbola zərər vurdu. Lionel üzr istəməli, baş məşqçi isə onu cəzalandırmalıdır".


Digər xəbərlər

Xəbər xətti