Rus futbolçu türk azarkeşlərə atmaca atdı - FOTO

10:26 17 Fevral 2016

Dünən Avropa Liqasının 1/16 final mərhələsinin ilk oyunu keçirilib və "Fənərbaxça" doğma meydanda Rusiyanın "Lokomotiv" klubuna 2:0 hesabı ilə qalib gəlib.

Sportarena.az xəbər verir ki, matçdan sonra "Lokomotiv"in futbolçusu türk azarkeşləri hiddətləndirəcək hərəkət ilə yadda qalıb. Belə ki, rus futbolçu Dmitri Tasarov matç bitdikdən sonra formasını çıxararaq üstündə Rusiya Prezidenti Vladimir Putinin şəkli olan maykasını azarkeşlərə nümayiş etdirib. Maykanın üzərində yazılan  "ən nəzakətli prezident" sözləri isə azarkeşləri daha çox əsəbiləşdirib.


Digər xəbərlər

Xəbər xətti