İbrahimoviç Çempionlar Liqasında rekord qırdı

10:53 17 Fevral 2016

PSJ-nin futbolçusu Zlatan İbrahimoviç Çempionlar Liqasında rekorda imza atıb.

Sportarena.az xəbər verir ki, "Çelsi" ilə matçda fərqlənən İbrahimoviç rekord əldə edib. Belə ki,  isveçli hücumçu ÇL-də 2016-ci ildə ilk qolunu vurub. Bununla da o, sözügedən turnirdə ardıcıl 10 il qol vuran ilk futbolçu olub.

Qeyd edək ki, PSJ - "Çelsi" görüşü ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti