Lavezzi "Beşiktaş"ın sabiq futbolçusu ilə eyni klubda

14:39 17 Fevral 2016

PSJ-nin argentinalı futbolçusu Esekyel Lavezzinin "Hebey Çayn Fortuna" klubuna transferi rəsmiləşib.

Sportarena.az xəbər verir ki,  argentinalı hücumçu Çin klubunda ilə 7 milyon avro maaş alacaq. Futbolçunun klubla neçə illik müqavilə imzaladığı məlum deyil.

Sözügedən Çin klubu bir müddət öncə "Beşiktaş"ın futbolçusu Ərsan Adem Gülümü də heyətinə qatmışdı.

Qeyd edək ki, E.Lavezzi 2012-ci ildə "Napoli"dən PSJ-yə 30 milyon avroya transfer olunmuşdu.


Digər xəbərlər

Xəbər xətti