"Neftçi"nin 6 futbolçusu milliyə dəvət olundu

15:51 17 Fevral 2016

2016-cı ildə Bakıda təşkil olunacaq Avropa çempionatının final mərhələsinə hazırlaşan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı keçəcək.

Sportarena.az xəbər verir ki, fevralın 18-dən martın 4-dək paytaxtımızda baş tutacaq hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 futbolçusu – Bahadur Həziyev, Pilağa Mehdiyev, Elçin Əsədov, Kamran İbrahimov, Aslan Bədəlzadə və Ərziman Rizvanov dəvət olunublar.


Xəbər xətti