UEFA-nın Bakıdakı seminarı başladı - FOTOLAR

10:53 18 Fevral 2016

Fevralın 17-də Bakıda klubların lisenziyalaşdırılması üzrə UEFA-nın seminarı başlayıb.
 
Sportarena.az xəbər verir ki, UEFA-nın nümayəndələri ilə yanaşı, İspaniya, Rumıniya, Macarıstan, Türkiyə, Rusiya, Slovakiya, Çexiya, Ukrayna, Belarus, Latviya, Gürcüstan, Litva, Qazaxıstan və Moldova futbol federasiyalarının lisenziyalaşdırma üzrə mütəxəssislərinin iştirak etdiyi seminarda “Ötən Lisenziyalaşdırma mövsümünün icmalı və təhlili”, “FİFA və UEFA-nın Klubların Lisenziyalaşdırılması üzrə qaydalarının müzakirəsi”, “Lisenziyalaşdırma sisteminin inkişaf perspektivləri” mövzuları müzakirə olunur. Seminarın ilk günü iştirakçılar Bakı Olimpiya Stadionunda olub, stadionla bağlı ətraflı məlumat əldə ediblər.

Qeyd edək ki, seminara bu gün yekun vurulacaq.

affa.az


Digər xəbərlər

Xəbər xətti