Messinin "Selta"ya vurduğu maraqlı penalti zərbəsinin səbəbi məlum oldu

13:38 18 Fevral 2016

İspaniya La Liqasının XXIV turunda "Barselona"nın ulduzu Lionel Messinin "Selta"ya vurduğu penalti bir çoxlarının narazılığına səbəb olsa da futbolçunun nə üçün belə etdiyi məlum olub.

Sportarena.az xəbər verir ki, ulduz futbolçunun belə penalti vurmaqda məqsədi, "Barselona"nın keçmiş futbolçusu və hal-hazırda xərçəng xəstəliyi ilə mübarizə aparan Yohan Kruyfa dəstək olmaq olub. Belə ki, Kryuf 1982-ci ildə ilk dəfə belə bir hərəkət ilə penaltini qola çevirmişdi.
Kruyf Messinin belə bir hərəkət etməsinə də fikir bildirib:
"Mən belə bir penalti yerinə yetirdikdən sonra çoxları mənim cəzalanmağımı istəyirdi. Amma bu rəqib komandaya psixoloji təsir etmək deyil. Futbolçular belə bir hərəkəti gələcəkdə xatırlanmaq və yaddaşlarda qalmaq üçün edirlər. Futbol əyləncəli və fərqli bir oyundur", - deyə Yohan Kryuf bildirib.

Qeyd edək ki, Messi "Selta" ilə matçın 81-ci dəqiqəsində penalti zərbəsini yerinə yetirməyərək topu Suaresə ötürmüşdü və Suares həmin ötürməni qola çevirmişdi. Matç "Barselona"nın 6-1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti