Yığmamızın heyətindən 3 idmançı uzaqlaşdırıldı

Sportarena.az      18 Fevral 2018, 15:58

Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. 
Sportarena.az  xəbər verir ki, baş məşqçi Peter Zayzenbaher Almaniyanın Düsseldorf şəhərində keçiriləcək Qran-pri öncəsi 3 idmançını yığmamızdan kənarlaşdırıb.

Belə ki, avstriyalı mütəxəssis İlqar Müşkiyevi (60 kq) Vüqar Şirinli ilə əvəzləyib. Bu dəyişikliyin zədə səbəbindən reallaşdığı bildirilir. Həmçinin, Almaniyaya Şahin Qəhrəmanovun (90 kq) əvəzinə Ramin Qurbanovun aparılması qərara alınıb. Onlardan fərqli, fevralın 19-20-də baş tutacaq yarış üçün sifariş olunan Şəhanə Alməmmədova (57 kq) heyətdən çıxarıldıqdan sonra kiminləsə əvəzlənməyib.

Nəticədə Qran-pridə ölkəmizin şərəfini Orxan Səfərov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhəq Rəsullu, Rüstəm Alimli (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq) və Aişə Qurbanlı (48 kq) qoruyacaq.
Qeyd edək ki, yarışın püşkatması bu gün olacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin