Tahir Süleymanov təkzib etmədi: "Bu mövzunu müzakirə etmək istəmirəm"

00:50 19 Fevral 2016

 Son günlər Tahir Süleymanovun Hakimlər Komitəsinə yeni rəhbər təyin olunacağı ilə bağlı məlumatlar mətbuatda yer alır.

Sportarena.az saytı olaraq Süleymanovun məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq. "Neftçi" klubunun sabiq vitse -prezidenti suallarımızdan məharətlə yayınmağa çalışsa da, məlumatı təkzib də etməyib:

"Mən ümumiyyətlə bu mövzunu müzakirə etmək istəmirəm. Çünki ehtiyac duymuram. Bunun təkziblə əlaqəsi yoxdur. Mənim mövqeyim hər zaman bir olub, kim harda çalışırsa inkişafa doğru əmək sərf etməlidir. Mənə bir il ərzində müxtəlif dəvətlər olub. Hakimlər komitəsinə uğurlar arzu edirəm. Yəni bir Komitənin üzərində dayanıb futbolun inkişafını təmin etmək olmaz. Son olaraq bildirim ki,  Azərbaycan futbolunun  problemi təkcə hakimlik deyil."


Digər xəbərlər

Xəbər xətti