Brazilyalı Ronaldo hansı futbolçuları ən güclü hesab edir?

01:33 20 Fevral 2016

"Dövrün ən güclü mərkəz hücumçuları “Bavariya, “Barselona” və Madrid “Real”ında çıxış edir."

Sportarena.az xəbər verir ki, bu sözləri Braziliya yığmasının əfsanəvi futbolçusu Ronaldo açıqlamasında deyib:

“İndiki düvrün ən güclü futbolçuları kimi Ronaldo Levandovski, Suares və Benzemanın adını çəkə bilərəm. Onların arasında ən güclünü seçə bilmərəm. Çünki hər biri yüksək səviyyəli forvarddır. Öz dövrümün ən güclülərindən ağlıma ilk olaraq Nesta, Zanetti, Pirlo, Maldini, Fiqu, Raul, Baco və Stoiçkov gəlir”.

Qeyd edək ki, Ronaldo Braziliya millisində 98 matçda 62 qola imza atıb.


Xəbər xətti