UEFA yeni siyahını açıqladı: "Qarabağ" gerilədi

11:36 20 Fevral 2016

UEFA-nın yeni klub reytinqi açıqlanıb. 
Sportarena.az xəbər verir ki, Avropa Liqasında mübarizəni qrup mərhələsində dayandıran "Qarabağ" bir pillə geriləyərək 13,475 xalla 130-cu yerdə qərarlaşıb. "Qarabağ"la yanaşı, mübarizəni qrup mərhələsində dayandıran "Qəbələ" isə mövqeyini qoruyub. "Qırmızı-qaralar" 5,225 xalla 253-cü pillədə qalıb. "Neftçi” isə 167-ci (9,725), "İnter” 246-cı (5,475) pillədədir.

Qeyd edək ki,  siyahıya 163,057 xalla Madrid "Real”ı başçılıq edir. "Bavariya” (152,064) 2-ci,  "Barselona” (150,057) 3-cüdür.


Digər xəbərlər

Xəbər xətti