Benites "Real"dan kompensasiya almaya bilər

15:38 20 Fevral 2016

Rafael Benites susmaq bəndini pozduğuna görə "Real"dan  kompensasiya almaya bilər.

Sportarena.az xəbər verir ki, 55 yaşlı mütəxəssis "Roma" ilə oyundan əvvəl  "BT Sport" kanalına Florentino Peresin işi və özünün  qovulması haqda danışıb.

Beləliklə də baş məşqçi 2016-cı ilin iyuluna qədər sakit qalmaq bəndini pozub.Vaxtından əvvəl istefaya göndərilməsinə görə Benites "Real"dan 4 milyon avro alıb. Ümumilikdə 3 illik müqaviləsi olduğuna görə Benitesi əlavə kompensasiya da verilməliydi. Lakin artıq bu məbləği o , almaya bilər.


Xəbər xətti