Rahid Əmirquliyev: "Əvvəllər maraqla gözlənilən matç "Neftçi" ilə "Xəzər Lənkəran"ın qarşılaşması olurdu"

19:43 20 Fevral 2016

“Artıq bir ay idi ki, zədə səbəbi ilə oynamırdım. Hələ ki, tam formamda deyiləm. Çalışacam bundan sonra tam formamı bərpa edib və komandama kömək edə bilim”.

Bu sözləri sportarena.az saytına açıqlamasında Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəlmiş “Qarabağ” klubunun yarımmüdafiəçisi Rahid Əmirquliyev deyib.

Futbolçu bu oyunun ab-havasının “Xəzər Lənkəran” – “Neftçi” matçlarını xatırlatdığını da bildirib:
“Bu oyun demək olar ki, turun mərkəzi oyunu sayılır. Əvvələr maraqla gözlənilən matç “Xəzər Lənkəran” ilə “Neftçi” klubunun görüşü olurdu. Amma indi “Xəzər Lənkərən”ın durumu o qədər də yaxşı deyil. Bu matçın ab-havası eynilə keçmiş “Xəzər Lənkəran” – “Neftçi” oyununu xatırladır.


Digər xəbərlər

Xəbər xətti