Əsgər Abdullayev: "Belə futbolçular ya səhvlərini düzəltməlidir ya da oynamamalıdır"

21:06 20 Fevral 2016

“Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Komandamdan gözlədiyim oyunu görmədim. Təəssüflər olsun ki, məğlub olduq”.

Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXII turunda “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Neftçi” klubunun baş məşqçisi Əsgər Abdullayev deyib.

Baş məşqçi məğlubiyyətin  səbəbini müdafiəçilərin səhvlərində olduğunu bildirib:

“Birinci qol gözlənilən oldu. Çünki mən müdafiəçilərə həmişə sadə oyun oynamalarını tövsiyyə etmişəm. Təkcə Ailtonda artıq bir neçə dəfə belə kobud səhvlər olub. Belə futbolçular ya səhvlərini düzəltməlidir ya da oynamamalıdır. Ailton sadə bir epizodda topu uzaqlaşdıra bilmədi və bu da qola səbəb oldu”.


Xəbər xətti