"Real" zədə sindromundan qurtula bilmir:Benzema da belə getdi

00:49 21 Fevral 2016

İspaniyanın "Real" klubu ciddi itki ilə üzləşib.

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı fransalı hücumçu Kərim Benzema belində başlayan ağrılar səbəbi ilə bir müddət yaşıl meydanlardan uzaq qalacaq. Məlumata görə futbolçu La Liqanın XV turunda "Malaqa" ilə keçiriləcək görüşdə meydana çıxmayacaq.

Qeyd edək ki, "Real" "Malaqa" ilə matçda zədə səbəbi ilə Qaret Beyl və Pepenin köməyindən də yaralana bilməyəcək. Varan isə qırmızı vərəqə səbəbi ilə oyunu tribunadan izləyəcək.


Digər xəbərlər

Xəbər xətti