Boksçularımızın ABŞ-da təlim-məşq toplanışı təşkil olunacaq

13:30 21 Fevral 2016

Boks üzrə milli komandamız təlim-məşq toplanışı keçmək üçün ABŞ-a yollanıb.

ABŞ-ın Kolorado Sprinqs şəhərində təşkil olunacaq hazırlıq prosesi 12 gün davam edəcək. İdmançılarımız okeanın o tayında həm amerikalı, həm də meksikalı idmançılarla bir arada məşqlərini davam etdirəcəklər. Baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında ABŞ-a Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulkadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yollanıb. 


Digər xəbərlər

Xəbər xətti