"Yuventus" azarkeşlərinə şad xəbər - "Bavariya" ilə matçda çıxış edəcək

17:28 21 Fevral 2016

"Yuventus"un forvardı Mario Manjukiç məşqlərə başlayıb.

Sportarena.az xəbər verir ki, futbolçu artıq bu gün ümumi qrupda qadağa olmadan digər yoldaşlarıyla çalışıb.
Çox güman ki, forvard Çempionlar liqasının play - off qarşılaşmasında keçmiş komandasına qarşı oynaya biləcək.

Xatırladaq ki , "Yuventus" - "Bavariya" oyunu çərşənbə axşamı İtaliyada keçiriləcək və Bakı vaxtilə saat 23-45-də başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti