Avropa kubokunda çıxış edəcək millimizin heyəti açıqlandı

11:55 22 Fevral 2016

Fevralın 27-28-də Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa kuboku keçiriləcək. 
 

Sportarena.az xəbər verir ki, yarışda 59 ölkədən 315 idmançı qalib adı uğrunda mübarizə aparacaq. Cüdo üzrə Azərbaycan milli komandası mötəbər turnirində 11 idmançı ilə təmsil olunacaq.
Avropa kubokunda ölkəmizin idman şərəfini Mehman Sadıqov, Davud Məmmədsoy, Sadiq Məhərrəmov (hər üçü 60 kq), İlkin Babazadə, Rəşad Rufullayev, Turan Seyidov (hər üçü 66 kq), Afiq Səfərli, Ziya Namazov (hər ikisi 81 kq), Məmmədli Mehdiyev, Ramin Qurbanov (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq).


Xəbər xətti