"Kəpəz" "Kimyaçılar" üçün başladı

22:13 22 Fevral 2016

Bakının “İnter” klubu ilə Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilən oyundan sonra istirahətə buraxılan “Kəpəz” məşqləri bərpa edib.

Sportarena.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, iki gün dincələn futbolçular “Sumqayıt” ilə həftəsonu keçiriləcək təqvim oyununun hazırlıqlarına bu gün başlayıblar.

“Sarı-göylər”in ilk məşqi dəniz kənarında baş tutub. Sabahdan başlayaraq isə komanda fevralın 25-nə kimi “Dalğa Arena”da məşq edəcək.

Fevralın 26-da Gəncəyə gələcək “Kəpəz” oyun öncəsi son məşqə matçın keçiriləcəyi şəhər stadionunda çıxacaqlar.


Xəbər xətti