Totti "Roma"dan qovuldu

23:55 22 Fevral 2016

“Roma”nın bugünkü məşqində instident yaşanıb

Sportarena.az  xəbər verir ki, "Roma"nın baş məşqçisi Luçano Spaletti komandanın kapitanı Françesko Tottini məşqdən qovub.39 yaşlı veteran futbolçunun qovulmasına səbəb ötən gün verdiyi müsahibədir. Yerli mətbuata danışan ulduz futbolçu komandadakı hazırkı vəziyyətindən narazı olduğunu, ayrılmaq istədiyini və ona daha çox hörmət edilməli olduğunu bildirmişdi. Açıqlamalar 56 yaşlı Spalettini qane etməyib.Əşyalarının toplayan və komanda yoldaşları ilə vidalaşan Totti klubun bazasını tərk edib.


Digər xəbərlər

Xəbər xətti