"İnter" UEFA-nın cəriməsini ödədi

01:06 23 Fevral 2016

Bakının “İnter” klubu keçmiş futbolçularına olan borc səbəbindən UEFA tərəfindən təyin olunan 53 min avroluq cəriməni ödəyib.

Sportarena.az xəbər verir ki, bu cərimə ilə yanaşı, paytaxt klubu keçmiş oyunçularına olan borcları da bağlayıb. Martın əvvəlində UEFA-nın müvafiq qurumları bu məsələyə baxacaq. Hazırda “İnter” qitə futbol qurumunun çıxaracağı qərarı gözləyir.

UEFA klubun bütün öhdəlikləri yerinə yetirdiyinə qərar versə, “İnter”ə heç bir cəza verilməyəcək. Əks halda, Bakı klubu növbəti üç Avropa kuboku mövsümündən birini buraxmalı olacaq.(Azərtac)


Digər xəbərlər

Xəbər xətti