"Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunun qazonunu dəyişəcək

18:57 23 Fevral 2016

Tofiq Bəhramov adına Respublika stadionunun qazonu yenilənir. 

Sportarena.az xəbər verir ki, "Qarabağ" klubunun sözügedən stadionla davam edən müqaviləsi olduğu üçün, bu işdə əsas yük Ağdam klubunun üzərinə düşəcək. Məhz buna görə də qazonun yenilənməsi üçün xərcin böyük hissəsini klub çəkəcək.
Qeyd edək ki, "Qarabağ" ev oyunlarını özünə məxsus olan "Azersun Arena"da keçirir.


Xəbər xətti