Peşəkar boksçulara Olimpiya Oyunlarında çıxış etməyə icazə veriləcək

22:29 23 Fevral 2016

Yaşı və təcrübəsindən asılı olmayaraq peşəkar boksçular Olimpiya Oyunlarında çıxış edə biləcəklər.

Belə bir məlumatla Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) çıxış edib. Assosiasiyadan bildirilib ki, Olimpiya Oyunlarında planetin ən yaxşı peşəkar boksçularının iştirakı təmin edilə bilər. Artıq qaydalara dəyişiklik məsələsi təşkilatın fevralın 24-də Mançester şəhərində keçiriləcək iclasında qəbul oluna bilər. Yenilik hələ ki, Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında tətbiq edilməyəcək. 


Xəbər xətti