Ronaldo rekordları sıralayır: daha bir maraqlı göstərici

13:38 24 Fevral 2016

"Real"ın ulduz futbolçusu Kriştian Ronaldo daha bir rekorda imza atıb.

Sportarena.az xəbər verir ki, portuqaliyalı ulduz təkcə futbolda deyil sosial şəbəkələrdə də çox populyardır. Belə ki, futbolçunun sosial şəbəkələrdəki izləyici sayı 200 milyona çatıb. Bu göstərici ilə o, həmkarları arasında dünyada 200 milyon izləyicisi olan ilk futbolçu kimi adını tarixə yazdırıb. Futbolçunun "facebook"da 109,7, "instagram"da 49,6, "twitter" sosial şəbəkəsində isə 40,7 milyon izləyicisi var.

Qeyd edək ki, bu göstəricilərdə Ronaldoya rəqib olan "Barselona"nın hücumçusu Lionel Messinin isə 120,8 milyon izləyicisi var. Lakin argentinalı futbolçunun "twitter" sosial şəbəkəsində hesabı yoxdur.


Digər xəbərlər

Xəbər xətti