10000-ci qolun müəllifi Messi oldu

15:23 24 Fevral 2016

Çempionlar Liqasının 1/8 finalının "Arsenal"la ilk oyunu (2:0) "Barselona" üçün əlamətdar olub.

Sportarena.az xəbər verir ki, Kataloniya klubu sözügedən qarşılaşmada klub tarixi ərzində rəsmi oyunlarda 10 mininci qolunu vurub. Bu qolun müəllifi "Barselona"nın ulduz futbolçusu Lionnel Messi olub.

Qeyd edək ki, "Barselona"  10 min qolu 4375 rəsmi matça vurub. Bu isə hər oyuna 2.28 qol deməkdir.


Digər xəbərlər

Xəbər xətti