"Fənərbaxça" yola davam edir, "Qalatasaray" 1/16-də "düşdü" - YENİLƏNİB

01:55 26 Fevral 2016

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları keçiriləcək.

Sportarena.az xəbər verir ki, günün ilk matçı Rusiyada keçiriləcək. Burada yerli “Lokomotiv” Türkiyənin “Fənərbaxça” klubunu qəbul edəcək. Komandalar arasında keçirilən və böyük qalmaqala səbəb olan ilk matçdan sonra bu oyuna maraq xeyli çoxalıb. Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Günün daha bir maraqla gözlənilən matçı İngiltərənin Mançester şəhərində keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi “Midtyulland” klubundan gözlənilməz məğlubiyyət alan “Mançester Yunayted” bu görüşdə qələbə qazanıb növbəti mərhələyə adını yazdırmağa çalışacaq. 

 

Turnirin daha bir türk komandası “Qalatasaray” İtaliyanın “Latsio” klubunun qonağı olacaq. İlk görüşdə yarımada klubu ilə 1:1 hesablı bərabərə qalan “aslanlar”ı növbəti mərhələyə keçmək üçün çətin oyun gözləyir.

 

İngiltərənin daha iki klubu, “Liverpul” və “Tottenhem” 1/8 finala vəsiqə qazanmaq üçün gərgin mübarizə aparacaq. Səfərdən sülhlə ayrılan hər iki komanda bu gün doğma meydanda mərhələ adlamağa çalışacaq.

 

Qeyd edək ki, dünən keçirilən bir görüşlə 1/8 final mərhələsinin ilk komandasının adına aydınlıq gəlib. Səfərdə “Sion” üzərində 2:1 hesablı qələbə qazanan “Braqa” doğma meydanda 2:2-lik bərabərliklə növbəti mərhələyə adını yazdırıb.

 

25 fevral

Avropa Liqası

1/16 final, cavab oyunları

00:05. “Bazel” (İsveçrə) - “Sent-Etyen” (Fransa) 2:1

(2:3)
 
00:05. “Porto” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya) 
0:1

(0:2)
 
00:05. “Mançester Yunayted” (İngiltərə) - “Midtyulland” (Danimarka) 5
:1

(1:2)
 
00:05. “Mölde” (Norveç) - “Sevilya” (İspaniya) 1
:0

(0:3)
 
00:05. “Napoli” (İtaliya) - “Vilyareal” (İspaniya) 1
:1

(0:1)
 
00:05. “Olimpiakos” (Yunanıstan) - “Anderlext” (Belçika) 1
:0

(0:1)
 
00:05. “Tottenhem” (İngiltərə) - “Fiorentina” (İtaliya) 3
:0

 (1:1) 
 

 

20:00. “Lokomotiv” (Rusiya) – “Fənərbaxça” (Türkiyə)   1:1

Qol: Aleksandr Səmədov, 45, Mehmət Topal, 83,

İlk oyun: 0:2 

22:00. “Atletik” (İspaniya) - “Marsel” (Fransa) 1:1

(1:0)
 
22:00. “Bayer” (Almaniya) - “Sportinq” (Portuqaliya) 3:1

(1:0)
 
22:00. “Krasnodar” (Rusiya) - “Sparta” (Çexiya)  0:3

(0:1)
 
22:00. “Latsio” (İtaliya) - “Qalatasaray” (Türkiyə)  3:1

(1:1)
 
22:00. “Liverpul” (İngiltərə) - “Auqsburq” (Almaniya)  1:0

(0:0)
 
22:00. “Rapid” (Avstriya) - “Valensiya” (İspaniya)  0:4

(0:6)
 
22:00. “Şalke” (Almaniya) - “Şaxtyor” (Ukrayna)  0:3

(0:0)
 

 


Xəbər xətti