Kasilyas: "Messi mənə istədiyi qədər top vurub"

14:43 25 Fevral 2016

"Real"ın və İspaniya millisinin qolkiperi İker Kasilyas açıqlamasında "Barselona"nın hücumçusu Lionel Messinin onun qapısından istənilən qədər top keçirdiyini bildirib.

Sportarena.az xəbər verir ki, qolkiper bu sözləri jurnalistin ondan ən yaxşı futbolçusunu soruşarkən deyib. Qapıçı Ronaldo ilə Messin müqayisə etməyin çox çətin olduğunu bildirib.

"Ronaldo mənim komanda yoldaşım olub. Onun sayəsində mən öz oyunumu xeyli təkmilləşdirmişəm. Messi ilə isə rəqib kimi qarşılaşmışam. O , mənə istədiyi vaxt qol vurmağı bacarıb", — deyə Kasilyas qeyd edib.


Xəbər xətti