Millimiz Rusiyaya qalib gəldi

17:55 25 Fevral 2016

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib. 

Sportarena.az xəbər verir ki, milli komandamız bu gün yenidən şimal qonşularımızla üz-üzə gəlib. 

İki gün öncə keçirilən görüşdə Rusiya millisinə 1:5 hesabı ilə məğlub olan yığma komandamız, bu gün məğlubiyyətin əvəzini çıxa bilib - 1:0.

Komandamızın yeganə qolunu matçın son saniyələrində Mətin Gülər vuraraq millimizə qələbə qazandırıb.


Digər xəbərlər

Xəbər xətti