Avropa Liqasında maraqlı antirekord

10:58 26 Fevral 2016

Dünən Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində keçirilən "Rapid" - "Valensiya" matçı (0:6; 0:4) maraqlı göstərici ilə yadda qalıb.

Sportarena.az xəbər verir ki, "Rapid" klubu ilk oyunda 6, cavab oyununda isə 4 qol buraxaraq pley-off mərhələsində eyni rəqibdən ən çox qol buraxan komanda kimi tarixə düşüb.

Qeyd edək ki, bundan öncə Rusiya təmsilçisi "Spartak" 2010/11 mövsümünün 1/4 final mərhələsində Portuqaliyanın "Portu" klubundan 10 qol buraxmışdı - 5:1, 5:2.


Xəbər xətti