Tuyqun Nadirov: "Namizədliyim AFFA üçün gözlənilməz oldu"

13:56 26 Fevral 2016

"Klub rəhbərliyi tərəfindən mənim namizədliyim verilib. Seçilməyimlə bağlı nəsə deyə bilmərəm. Çünki hər şey səsvermədə məlum olacaq".

Sportarena.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinə namizədliyi irəli sürülən "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov deyib.

T.Nadirov namizədliyinin AFFA üçün də gözlənilməz olduğunu bildirib: "Namizədlərin hamısı hörmətli adamlardır. Hər klubun namizəd vermək hüququ var. Biz öz hüququmuzdan istifadə etmişik. Konfrans iştirakçıları kimə səs versə, o da seçiləcək. Dünən namizədlik vermək üçün son gün idi. Düzü, AFFA üçün də gözlənilməz oldu".

Xatırladaq ki, Tuyqun Nadirov Peşəkar Futbol Liqasına ayrılan 4 yerə 5 namizəddən biridir. Digər namizədlər qismində Rauf Əliyev (AZAL), Vaqif Sadıqov ("Sumqayıt"), Elşad Nəsirov ("Neftçi") və Qurban Qurbanov (“Qarabağ”) qeydiyyatdan keçib.(Report)


Xəbər xətti