Ruslan Qurbanov: "Sabahkı oyunda qələbəsizlik seriyasına son qoymaq niyyətindəyik"

22:58 26 Fevral 2016

“Neftçi” Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində qarşılaşacağı “Zirə” klubu ilə oyunun hazırlığını başa vurub. Klubun təlim-məşq bazasındakı meydançada baş tutmuş məşqdən sonra Ruslan Qurbanov və Anyete klubun rəsmi saytına açıqlama veriblər.

Ruslan Qurbanov: “Hesab edirəm ki, sabah maraqlı oyun olacaq. Hazırlığımız uğurlu keçib, oyuna hazırıq. “Zirə” yaxşı rəqibdir, onların turnir cədvəlindəki tutduğu mövqe də bunu sübut edir. Lakin bu bizi qorxutmur, çünki meydana yalnız 3 xal üçün çıxacağıq. İnşallah, sabahkı oyunda bu rəqiblə qələbəsizlik seriyasına son qoymaq niyyətindəyik”.

Anyete: “Hər kəsə məlumdur ki, oyun ağır olacaq. “Zirə” artıq güclü komanda olduğunu sübut edib. Bu rəqib üzərinə düşən vəzifəni yaxşı yerinə yetirir, bu isə o deməkdir ki, “Zirə” ilə bu oyunumuz da çətin keçəcək. Biz də artıq sübut etmişik ki, hər bir rəqibə qalib gələ bilərik. Komandada motivasiya yaxşıdır. Oyunumuzu yaxşılaşdırmaqda davam etməliyik və son məğlubiyyətdən sonra yaxşı nəticə qazanmalıyıq”.


Digər xəbərlər

Xəbər xətti