Vüqar Həşimovun xatirə turniri bu il də təşkil ediləcək

01:18 27 Fevral 2016

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan və ardıcıl iki il keçirilən Şəmkir beynəlxalq şahmat turniri bu il də baş tutacaq

"Synergy Group"un dəstəyilə baş tutacaq turnir bu dəfə mayda təşkil ediləcək.

Hazırda iştirakçıları müəyyənləşdirmək və reqlamenti təsdiqləmək üçün Təşkilat Komitəsiylə Azərbaycan Şahmat Federasiyası arasında danışıqlar gedir. İlk iki turnirin qalibi, norveçli dünya çempionu Maqnus Karlsenin bu dəfə də yarışda iştirakı gözlənilir.

Qeyd edək ki, martda şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək. Yarışda ilk iki yeri tutacaq şahmatçı ShamkirChess 2016-də mübarizə aparmaq hüququ qazanacaq.


Digər xəbərlər

Xəbər xətti