Millimizin yarımmüdafiəçisi "fərqləndi", komandası məğlub oldu

10:10 27 Fevral 2016

Dünən Almaniya II Bundesliqasının oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, millimizinyarımmüdafiəçisi olan Dmitri Nazarovun çıxış etdiyi "Karlsrue" klubu səfərdə "Union Berlin"in qonağı olub.

Matçın 46-cı dəqiqəsində meydana çıxan millimizin üzvü oyunun 79-cu dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Qeyd edək ki, matç ev sahibi komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Digər xəbərlər

Xəbər xətti