PSJ Serj Oryeni əsas komandadan uzaqlaşdırdı

11:57 27 Fevral 2016

PSJ rəhbərliyi baş məşqçi və bəzi futbolçuları sosial şəbəkədə təhqir edən futbolçunu cəzalandırdı.

Sportarena.az xəbər verir ki, "periscope" sosial şəbəkəsində baş məşqçi Loran Blan, İbrahimoviç və bir neçə futbolçunu təhqir edən PSJ-nin müdafiəçisi Serj Orye əsas komandadan uzaqlaşdırılıb. Futbolçunu martın 20-nə qədər əvəzedici heyətə göndəriblər. 

Qeyd edək ki, futbolçu təhqir etdiyi şəxslərdən üzr istəsə də rəhbərlik mövsüm sonunda futbolçunu komandadan uzaqlaşdıracağını bildirib.


Digər xəbərlər

Xəbər xətti