İlham Əliyev FİFA-nın yeni prezidentinə məktub göndərdi

15:49 27 Fevral 2016

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) yeni prezidenti Canni İnfantinonun bu vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib.

Sportarena.az  xəbər verir ki, prezidentimiz tərəfindən Canni İnfantinoya göndərilimiş məktubda deyilir: 

"Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Bu məsul və şərəfli vəzifəyə seçilməyiniz futbolun inkişafı sahəsində xidmətlərinizə verilən yüksək qiymət, beynəlxalq idman ictimaiyyətinin Sizə olan böyük etimadıdır. İnanıram ki, Azərbaycan ilə FİFA arasındakı əməkdaşlıq bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyirəm".


Xəbər xətti