Məşqçilər Komitəsinin üzvləri Gəncədə - FOTOLAR

16:19 27 Fevral 2016

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Gəncə şəhərinə səfər edib. Komitə üzvləri bu gün “Kəpəz”  PFK İB-nin rəsmiləri ilə görüşüb.

Sportarena.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şakir Qəribov, AFFA İcraiyyə Komitəsinin üzvü İskəndər Cavadov, “Kəpəz” PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, Müzəffər Qasımov, klubun icraçı direktoru Mehman Allahverdiyev və komandanın baş məşqçisi Şahin Diniyev iştirak edib.

Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər “Kəpəz” və  ümumilikdə Gəncə futbolu ilə bağlı müəyyən məsələlər ətrafında müzakirələr aparıblar. 

Qonaqlar yerli futbol infrastrukturu ilə tanış olub, Topaz Premyer Liqasının XXIII turu çərçivəsində keçirilmiş “Kəpəz” – “Sumqayıt” oyununu izləyiblər.


Digər xəbərlər

Xəbər xətti