Fransa çempionatında keçiriləcək matç təxirə salındı

14:57 28 Fevral 2016

Fransa Liqa 1-də bu gün baş tutacağı gözlənilən "Ayaçço" - "Marsel" matçı təxirə salınıb.

Sportarena.az Fransa mətbuatına istinadən xəbər verir ki, buna səbəb bir neçə gün davam edən leysan yağışları səbəb olub. Qarşılaşmanın nə zaman keçiriləcəyi isə məlum deyil.

Qeyd edək ki, "Marsel" turnir cədvəlində 36 xalla 13-cü pillədə qərarlaşdığı halda "Ayaçço" 28 xalla 18-ci pilləsində yerləşib.


Xəbər xətti