Fransada şok sorğu: əhali Benzemanı millidə istəmir

16:15 28 Fevral 2016

Fransada keçirilmiş sorğuya əsasən əhalinin çoxu komanda yoldaşı Matye Valbuena ilə birlikdə adı şantaj qalmaqalında hallanan və məhkəməlik olan Kərim Benzemanın milli komandada yenidən çıxış etməsini istəmir.

Sportarena.az xəbər verir ki, ölkədə keçirilmiş sorğuda yaşı 18-dən yuxarı olan 996 vətəndaş iştirak edib. İştirakçıların 70 faizi Benzemanın yığmaya geri qaytarılmasını istəmədiyini bildirib. Daha bir maraqlı fakt isə sorğuda iştirak edənlərin 67 faizinin ümumiyyətlə milli komandaya neqativ yanaşdığını deyib. İştirakçıların 78 faizi isə millinin Avro-2016-da nəticə qazanacağına inanmadığını açıqlayıb. 


Digər xəbərlər

Xəbər xətti