Türkiyə derbisi FİFA dərəcəli hakimə tapşırıldı

16:39 28 Fevral 2016

Türkiyə Superliqasının XXIII turunda keçiriləcək "Fənərbaxça" - "Beşiktaş" derbisini idarə edəcək hakim müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, fevral ayının 19-u "Ülkər Arena"da keçiriləcək matçı Türkiyə Futbol Federasiyası (TFF) FİFA dərəcəli hakim Cüneyt Çakıra həvalə edib. Bu matçda ona Bahaddin Duran və Tarın Ongün kömək edəcək. Matçın dördüncü hakimi isə Sərkan Ox olacaq.

 

Xatırladaq ki, Cüneyt Çakır karyerası ərzində 19-cu dəfə derbi matçını idarə edəcək. Bundan öncə o, 3 dəfə "Fənərbaxça" - "Beşiktaş" matçını idarə edib. İdarə etdiyi bu 3 oyunda ümumilikdə 22 sarı, 3 qırmızı vərəqə göstərib. 

 

Qeyd edək ki, Cüneyt Çakır Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində, fevral ayının 23-ü "Arsenal" - "Barselona" matçını idarə edib. Bu matçda o, hər komandaya 1 olmaqla, toplamda 2 sarı vərəqə göstərib.


Xəbər xətti