Yunanıstan çempionunun adına aydınlıq gəldi

18:59 28 Fevral 2016

Yunanıstan Super Liqasının çempionunun adına aydınlıq gəlib.

Sportarena.az xəbər verir ki, Super Liqanın XIV turunda bu gün keçirilən "Olimpiakos" - "Vero" matçında ev sahibi komandanın 3:0 hesablı qələbəsindən sonra xalını 67-yə çatdıran "Olimpiakos" çempionluğu bayram edib.

Belə ki, "Olimpiakos" Super Liqanın sonuna 6 tur qalmış 2-ci pillədə qərarlaşmış AEK klubundan 21 xal aralanaraq 43-cü dəfə çempion olub. 


Xəbər xətti