Türkiyədə futbol matçında ara qarışdı: 3 yaralı - VİDEO

21:15 28 Fevral 2016

Bu gün Türkiyənin həvəskar liqasında baş tutan "Uşakspor" - "Quşadasıspor" matçında (0:1) xoşagəlməz hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, qarşılaşma başa çatdıqdan sonra futbolçular arasında dava baş verib. Hadisə azarkeşlərin və komandaların məşqçi heyətlərinin  stadiona girməsi ilə daha da böyüyərək döyüş meydanına çevrilib. 

 

Polisin müdaxiləsi ilə tərəfləri sakitləşdirmək mümkün olub.

 

Qeyd edək ki, baş vermiş hadisədə 3 azarkeş yüngül xəsarət alıb.


Digər xəbərlər

Xəbər xətti