Azərbaycan cüdoçuları Avropa kubokunda iki medal qazandı

23:36 28 Fevral 2016

Çexiyanın paytaxtı Praqa şəhərində cüdo üzrə Avropa kubokuna yekun vurulub. Yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Beləki, cüdoçularımız milli komandamızın aktivinə 2 medal yazdırmağı bacarıb.
90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev yarımfinala gedən yolda hollandiyalı Riko Harder, finlandiyalı Samuli Vitanen və litvalı Karolis Bauzanı məğlub edib. Yarımfinalda Polşalı cüdoçu Patrik Çexomski üzərində təmiz qələbə qazanaraq finala çıxıb. Həlledici gürüşdə İspaniya təmsilçisi David Ruisi məğlub edərək Avropa kubokunun qızıl medalını qazanıb.
+100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Uşanqi Kokauri yarışa Qazaxıstan təmsilçisi Dauren Nuralinov üzərində təmiz qələbə qazanaraq başlayıb. 1/4 finalda monqolustanlı Temulen Battulqaya uduzaraq təsəlliverici görüşlərə qatılıb. İlk qarşılaşmasında fransalı Həmzə Ouçaniyə qalib gəlib. İkinci görüşündə Ukrayna cüdoçusu Andri Kolesnikə də qalib gələrək mötəbər turnirin bürünc medalını qazanıb.
Digər cüdoçularımız – Ziya Namazov (81 kq) və Ramin Qurbanov (90 kq) mübarizəni erkən dayandırıblar.


Xəbər xətti