Vurğun Hüseynov "Sumqayıt"ı sevindirdi

18:56 29 Fevral 2016

Martın 2-də Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu 1 günlük istirahətin ardından məşqlərə start verib. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Kapital Bank Arena"da baş tutan axşam məşqində komanda tam heyətlə çalışıb. Xəstə olduğu üçün "Kəpəz"lə oyunda iştirak edə bilməyən kapitan Vurğun Hüseynov da artıq kollektivə qoşulub.

 

Qeyd edək ki, martın 2-də "Azərsun Arena"da baş tutacaq "Qarabağ" - "Sumqayıt" oyunu saat 17:00-da start götürəcək.


Xəbər xətti