"Neftçi"nin 2 futbolçusu Latviya klubunda

21:17 29 Fevral 2016

“Neftçi” PFK-nın 2 futbolçusu - Mirabdulla Abbasov və Orxan Qurbanlı Latviyanın “Dauqava” klubuna icarəyə veriliblər. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, müqaviləyə görə hər iki futbolçu 2016-cı il iyun ayının 15-dək Dauqavpils şəhəri təmsilçisinin formasını geyinəcəklər.


Qeyd edək ki, Latviya çempionatının (2012) və kubokunun (2008) olmuş “Dauqava” 2 dəfə (2011-ci və 2013-cü illərdə) bürünc medala sahib çıxıb. Heyətində 4 ukraynalı futbolçu olan “Dauqava” klubunun əsası yerli oyunçulardan qurulub. Onlardan biri - Daniles Yakovlevs qış transfer dövründə İtaliyanın “Peruca” klubu tərəfindən transfer edilib.


Digər xəbərlər

Xəbər xətti