Azərbaycan vətəndaşı olan futbolçu Ermənistanda

23:42 29 Fevral 2016

Azərbaycan milli komandasının sabiq üzvü Abdulla Abatsiyev karyerasını Rusiyada davam etdirəcək. 

Sportarena.az xəbər verir ki, ötən yay "İnter"dən ayrılan yarımmüdafiəçi Armavir "Torpedo"suna keçib.

Abdulla yeni komandası ilə Ermənistanda təşkil olunan təlim-məşq toplanışına yollanıb. "Torpedo" düşmən ölkədə ilk oyununu "Banants"a qarşı keçirib və 0:1 hesabı ilə uduzub. Abdulla son 20 dəqiqədə meydanda olub.

Qeyd edək ki, Rusiyada doğulan Abatsiyev Azərbaycan vətəndaşlığı daşıyır. O, 2012-2015-ci illərdə Bakı "İnter"ində çıxış edib. U-17, U-19 və U-21 yığmalarımıza çağırılan 22 yaşlı yarımmüdafiəçi 2014-cü ildə ABŞ-la keçirilən yoxlama oyununda A millimizdə debüt edib.


Xəbər xətti